"Keşlə" Tərlan Əhmədova 7000 manat ödəyəcək
- 21 Avq 2020 12:00
- 712
«Keşlə» Tərlan Əhmədovun narahatlığına son qoyub.
Rekord.az xəbər verir ki, avqustun 8-də istefaya göndərdiyi baş məşqçiyə ödəmə edəcək.
O, bu ayın əməkhaqqısını tam şəkildə alacaq.
Əhmədovun məvacibinin 7000 manat civarında olmasına dair mediada xəbərlər yayılıb. Keçmiş çalışdırıcı gələn mövsümdən etibrən maaşının 9000 manata qaldırılmasını istəmişdi. (sportinfo)