“Keşlə” futbol klubu baş məşqçisi Tərlan Əhmədovla yollarını ayırıb.

Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Klubun Müşahidə Şurası bu gün keçirilən iclasda baş məşqçi Tərlan Əhmədovla müqavilənin uzadılmamasına qərar verib.

Baş məşqçinin səlahiyyətlərini müvəqqəti olaraq məşqçi Zaur İsmayılov icra edəcək.

“Keşlə” Avropa Liqasında mübarizə aparacaq.