"Keşlə" sabiq legioneri Sadio Tounkaranı geri qaytarıb.

Rekord.az xəbər verir ki, komandaya azad agent kimi cəlb olunan malili yarımmüdafiəçi ilə cari mövsümün sonunadək müqavilə imzalanıb.

29 yaşlı vinger bu gün "Keşlə-2"nin heyətində "Sabah-2"yə qarşı I Divizionun II tur matçında meydana çıxacaq.

"Keşlə" ötən mövsümün sonunda Sadio Tounkara ilə yollarını ayırmışdı. Afrikalı Azərbaycanda daha əvvəl "Xəzər Lənkəran", "Turan Tovuz" və "Zirə"nin formasını geyinib.