"Keşlə" və "Sabah"da oynamış futbolçu Moldovada dava saldı VİDEO
- 22 Avq 2021 14:00
- 634
Bu yay “Keşlə”dən ayrılan Yevgeni Koçuk qalmaqala səbab olub.
Yarımmüdafiəçi yenicə müqavilə bağladığı “Zimbru”da xoşagəlməz hadisə ilə yadda qalıb.
Belə ki, 28 yaşlı orta sahə oyunçusu Moldova çempionatının 7-ci tutu çərçivəsində “Petroclub”la keçirilən matçda qırmızı vərəqə alıb.
Olay meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə bitən görüşün 45+2-ci dəqiqəsində baş verib. Yerə yıxılan rəqibin üzünə yumruq zərbəsi endirən Koçukun hərəkəti iki komanda arasında kütləvi dava-dalaşa gətirib çıxarıb.
Rekord.az həmin hadisənin videosunu təqdim edir: