“Keşlə”nin qapıçısı Stanislav Namaşko və “Sabah”ın futbolçusu Yevgeni Koçuk Moldova millisinə dəvət alıb.

Rekord.az xəbər verir ki, Moldova Futbol Federasiyasının açıqladığı heyətdə 23 futbolçu yer alıb.

Namaşko və Koçuk millinin İtaliya ilə yoxlama oyunu, həmçinin UEFA Millətlər Liqasında keçirəcəyi Yunanıstan və Sloveniya ilə qarşılaşmalara dəvət alıblar.