Qəbələdə təlim-məşq toplanışında olan “Keşlə” ilə “Zirə” bu gün yoxlama oyununda üz-üzə gəlib.

Rekord.az xəbər verir ki, qarşılaşmanın taleyini bir qol həll edib.

Azərbaycanı Avropa Liqasında təmsil edəcək paytaxt klubunun yeni transferi Rəhman Hacıyevin 6-cı dəqiqədə vurduğu top qələbə üçün yetərli olub.

Qeyd edək ki, “Keşlə” ilk sınaq matçında “Qarabağ”a 1:3 hesabıyla uduzub. Rəşad Sadıqovon baş məşqçisi olduğu "Zirə" isə ilk görüşdə "Qəbələ" ilə qolsuz heç-heçə edib.

Yoxlama oyunu
1 avqust

Keşlə - Zirə 1:0
Qol: Rəhman Hacıyev, 6
Qəbələ. Şəhər stadionu.