“Keşlə” klubu 5 futbolçu ilə yollarını ayırıb.

Rekord.az paytaxt klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, “Keşlə” Əfran İsmayılov, Tural Bayramlı, Murad Ağayev, Lorenzo Frutos və Franko Floreslə bitən müqavilələri yeniləməyib.

Buna qədər Vüsal İsgəndərli, Ruslan Əmircanov, Tərlan Quliyev, Azər Salahlı, Con Kamara və Miyusko Boyoviçlə müqavilə müddəti artırılıb, Tural Axundov və Şəhriyar Əliyev isə komandaya transfer olunub. Ruslan Qurbanov, Slavik Alxasov və Cabir Əmirli isə komandanı tərk ediblər.