“Keşlə” klubu anqolalı hücumçu Aleksandr Kristovao ilə müqavilə müddətini yeniləyib.

Rekord.az xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Müqavilənin şərtlərinə əsasən, futbolçu növbəti mövsümün sonunadək “Keşlə”nin şərəfini qoruyacaq.

Buna qədər “Keşlə” Vüsal İsgəndərli, Ruslan Əmircanov, Tərlan Quliyev, Azər Salahlı, Con Kamara, Miyusko Boyoviç, Stanislav Namaşko, Rəşad Əzizli və İlkin Qırtımovla müqavilə müddətini artırıb, Tural Axundov, Şəhriyar Əliyev, Cavid İmamverdiyev və Rəhman Hacıyev isə komandaya transfer olunublar.