Turnir cədvəlində sonuncu pillədə olan "Keşlə"də daxili gərginlik durmadan artır. Təsadüfi deyil ki, komandanın baş məşqçisi Sənan Qurbanov "Sabah"la son tur matçından sonra futbolçuların meydançada qaçmamasından  narazılıq etmişdi.

Rekord.az-a daxil olan məlumata görə, yerlilər hazırkı durumdan aşkar narazıdır.

Əsas narazııq legionerlərlə bağlıdır. Çünki gəlmə futbolçular yerlilərdən az qala 2 dəfə çox maaş alır. Amma meydançada aldıqları pulun qarşılığını verə bilmirlər. Yerli futbolçuların da narazılığı bundandır. Təsadüfi deyil ki, Rəhman Hacıyev də bu yaxınlarda verdiyi açıqlamasında "qaçmayanlar məndən çox maaş alır" fikrini səsləndirmişdi ki, bu da birbaşa legionerlərə ünvanlanan atmaca sayıla bilər. İkiqat çox maaş alan legionerlərin meydançada can yandırmadığını görən yerlilər də həcəsdən düşür.