Son turda “Qarabağ”a böyük hesabla uduzan “Keşlə”də vəziyyət yaxşı deyil.

Rekord.az-a daxil olan məlumata görə, 1:6-lıq məğlubiyyət klub rəhbəri Zaur Axundovu tamam özündən çıxardıb.

Belə ki, o biabırçı məğlubiyyətə görə futbolçulara pul cəzası vermək qərarına gəlib. Cəzanın məbləği açıqlanmır. Lakin oktyabr ayının maaşının bir hissəsi cəza olaraq tutulacaq.