"Keşlə"də "Sumqayıt"da qazandığından 3 dəfə çox qazanacaq ÖZƏL!
- 24 İyl 2020 15:00
- 1201
Mövsüm başa çatandan sonra "Sumqayıt"ı tərk edən aparıcı futbolçulardan biri də Şəhriyar Əliyev oldu.
Rekord.az xəbər verir ki, Sumqayıt klubunda yaxşı forma yığan və milli komandaya qədər yüksələn Şəhriyar əslində bu komandada qalmaq istəyirdi.
Sadəcə, maddi şərtlər öz sözünü deyib. Heç kimə sirr deyil ki, "Sumqayıt" büdcəsinə görə Premyer Liqa klubları arasında sonuncu pilləni tutur. Komanda avrokuboklara vəsiqə qazansa da sponsorlar tərəfindən maliyyəı dəstəyi almadı. Bu mənada aparıcı futbvolçular digər klublardan gələn daga yaxşı təklifləri dəyərləndirməyə məcbur oldu. Məsələn, "Sumqayıt"da 6 min maaş alan Aleksey İsayev "Sabah"da 15 min manat qazanacaq. Şəhriyara gəlincə, onun "Sumqayıt"dakı aylıq qazancı 4500 manat idi. "Keşlə"də isə ayın 12 min manat qazanacaq. Hər halda, aradakı fərqi görüb futbolçuya haqq verməmək də olmur. Çünki futbolçu ömrü qısadır və gələcəyini təmin etməlisən.