"Keşlə"də yeni legioner
- 29 İyn 2021 12:00
- 953
Konfrans Liqasına hazırlıq görən “Keşlə” növbəti legionerlə müqavilə imzalayıb.
Rekord.az xəbər verir ki, ölkə kubokunun sahibi Felipe Silva Sos Santosla münasibətlərini rəsmiləşdirib.
Braziliyalı hücumçu ilə kontraktın müddəti 1 ildir. O, son mövsümü Sloveniyada - “Maribor”da keçirib.
“Keşlə” daha əvvəl Merab Qiqauri ("Qəbələ"), Omar Qudiabi ("Şkupi", Şimali Makedoniya) və Aldair Sapalo Amaro Neto ("Pelister", Şimali Makedoniya) ilə “nigah bağlayıb”.