Xəbər verdiyimiz kimi, pandemiya səbəbindən demək olar ki, bütün klublarımızın büdcəsində azalma olacaq, o cümlədən  də "Keşlə"nin.

Lakin Rekord.az-a daxil olan məlumata görə, "Keşlə"də olan bu azalma yerli futbolçuların maaşına təsir etməyəcək.

Sadəcə, klubun legioner transferində dəyişiklik olacaq. Yəni keçən mövsümkü kimi çoxsaylı legionerlər gətirilməyəcək. Gələnlərin maaşı da ötən mövsümkü kimi yüksək olmayacaq.