"Keşlə" dövrələrarası fasilədə heyətinə qatacağı hücumçunu seçib. 

Rekord.az xəbər verir ki, paytaxt təmsilçisi Ağabala Ramazanova təklif göndərib.

İlyarımdır "Səbail"də çıxış edən millinin forvardına 2 illik müqavilə təklif olunub.

Hazırda onun xidmətində daha 3 klub maraqlıdır. "Keşlə" və "Zirə" ilə yanaşı, Küveytdən "Əl-Ərəbi" və Moldovadan "Şerif" Ramazanovu sıralarına qatmaq istəyir. (sportinfo.az)