"Keşlə"nin əsas hücumçusu Anatoli Abanq qışda komandanı tərk edə bilər.

Rekord.az xəbər verir ki, buna səbəb Kamerunlu forvardın maaşının kifayət qədər yüksək olmasıdır.

Əslində Sənan Qurbanov israrla onun komandada qalmasına çalışır. Amma bunun üçün 25 yaşlı oyunçunun qiymətdə güzəştə getməsi lazımdır.

İndiki halda Abanqın "Keşlə" rəhbərliyinə bu jesti edəcəyi real görünmür.

Anatoli Abanq Moldova "Şerifin"dən "Keşlə"yə gəlib.