“Keşlə” “Neftçi”nin yarımmüdafiəçisi Rəhman Hacıyevi icarəyə götürdüyünü rəsmən təsdiqləyib.

Rekord.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

26 yaşlı futbolçu növbəti mövsümün sonunadək bu komandanın şərəfini qoruyacaq. 

Qeyd edək ki, Rəhman Hacıyev ötən mövsüm Azərbaycan Premyer Liqası çərçivəsində 15 matçda meydana çıxıb.