"Keşlə"nin sabiq futbolçusu Şohrux Qadoyev ona çatacaq pulu ala bilib.

Rekord.az xəbər verir ki, 3 aydır maaş ala bilmədiyi üçün klubla müqaviləni birtərəfli qaydada ləğv edərək vətəni Özbəkistana yollanan futbolçu ona çatacaq pulu tələb etsə də paytaxt klubu bundan imtina etmişdi.

Vəziyyəti belə görən Şohrux "Keşlə" rəhbərliyini FİFA-ya şikayətlə hədələyib. Eyni zamanda AFFA-ya da məktub yazacağını bildirib. Vəziyyətin çıxılmaz olduğunu görən "Keşlə" rəhbərliyi futbolçunun 3 aylıq borcunu onun hesabına köçürüb.