“Keşlə”nin 7 futbolçusu rəmzi komandada
- 27 Fev 2020 17:40
- 810
Futbol üzrə Azərbaycan Premyer Liqasının 18-ci turunun rəmzi komandası məlum olub.
Rekord.az xəbər verir ki, son turda “Zirə”ni 4:0 hesabıyla məğlub edən “Keşlə”nin 7 futbolçusu rəmzi heyətdə yer alıb:
Qapıçı: Stanislav Namaşko (“Keşlə”)-2;
Müdafiəçilər: Anton Krivotsyuk (“Neftçi”)-5, Bədavi Hüseynov (“Qarabağ”)-4, Miyusko Boyoviç (“Keşlə”)-5, Cabir Əmirli (“Keşlə”);
Yarımmüdafiəçilər: Abdullah Zubir (“Qarabağ”)-5, Con Kamara (“Keşlə”), Pərviz Azadov (“Keşlə”), Şahrux Qadoyev (“Keşlə”);
Hücumçular: Mahir Emreli (“Qarabağ”)-5, Aleksandr Kristovao (“Keşlə”).