Futbol üzrə Azərbaycan millisinin və “Keşlə”nin müdafiəçisi İlkin Qırtımovda koronavirus aşkarlanıb.

Rekord.az xəbər verir ki, bu barədə paytaxt klubunun baş məşqçisi Sənan Qurbanov məlumat verib.

O, Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində qarşılaşdıqları “Sumqayıt”la səfər oyunundan sonra təşkil olunmuş mətbuat konfransında bildirib ki, Qırtımovun koronavirus testi bu gün pozitiv çıxıb. Bu üzdən də sağ cinah müdafiəçisi dərhal təcrid olunub.