“Keşlə”nin futbolçusu Syerra Leone millisinə dəvət aldı
- 05 Noy 2019 21:00
- 729
“Keşlə”nin yarımmüdafiəçisi Con Kamara Syerra Leone yığma komandasına dəvət alıb.
Rekord.az paytaxt klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, sözügedən komanda Afrika Millətlər Liqasının seçmə mərhələsi çərçivəsində Lesoto və Beninlə qarşılaşacaq. Con Kamara da bu oyunlarda iştirak hüququ qazanıb.
Syerra Leone millisi noyabrın 11-də Lesotoyla, ayın 19-da isə Beninlə üz-üzə gələcək.