“Keşlə”nin futbolçusuna sərt cəza, “Qarabağ” və “Neftçi”yə xəbərdarlıq
- 17 Sen 2021 15:15
- 491
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan Premyer Liqasının 3-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
“Keşlə” – “Zirə” oyununun 28-ci dəqiqəsində “Keşlə”nin futbolçusu Abanq Anatole “aqressiv hərəkətə” görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klubu 2400 manat cərimə olunub.
“Sabah” – “Qəbələ” oyununda “Sabah”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.
“Neftçi” – “Qarabağ” oyununda “Neftçi”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.
“Neftçi” – “Qarabağ” oyununda hər iki kluba ictimai asayişin və təhlükəsizliyin daha da gücləndirilməsi barədə xəbərdarlıq edilib.