"Keşlə"nin kapitanlıq sarğısı ondan niyə alınıb?
- 02 Noy 2021 12:00
- 617
"Keşlə" yeni mövsümə Tərlan Quliyevin kapitanlığı ilə start vermişdi. Komandanı Premyer Liqanının ilk üç turuna məhz Quliyev kapitan kimi çıxarıb.
Rekord.az xəbər verir ki, nə baş verdisə, bir andaca bazubənd digər təcrübəli futbolçu İlkın Qırtımovda peyda oldu.
Artıq nə az, nə çox 5 matçdı paytaxt klubu Qırtımovun kapitanlığı ilə meydana çıxır.
Səbəbini araşdıranda məlum oldu ki, dəyiş-düyüşə səbəb Quliyevin komandada baş verən haqsızlıqlara susmamasıdır. Əslində əsl kapitan elə belə də olmalıdır.
Amma bərbad idarəçiliklə ad çıxaran "Keşlə" rəhbərliyi bu dəfə də öz statusunda qalıb.
Quliyevin kapitan kimi ən son etirazı isə cəza olaraq futbolçuların maaşından 10% tutulmasına olub.
O, iclas zamanı söz alaraq "verilən qərar düzgün deyil" deyərək etiraz edib. Məhz bundan sonra kapitanlıq sarğısı Quliyevdən alınıb. (sportinfo.az)