“Keşlə”nin legioneri millidə rekorda imza atdı
- 16 Noy 2020 16:41
- 649
Futbol üzrə Moldova yığmasının UEFA Millətlər Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində Yunanıstanla ev oyunu komandanın qapıçısı Stanislav Namaşko üçün əlamətdar olub.
Rekord.az xəbər verir ki, “Keşlə”də çıxış edən qolkiper millidə 50-ci matçını keçirib.
Bu barədə Moldova Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, bu, indiyədək yığmanın formasını geyinmiş qapıçılar arasında rekord göstəricidir.
Qeyd edək ki, Moldova - Yunanıstan matçı meydan sahiblərinin 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.