“Keşlə”nin oyununda 7 qol, Gəncədə heç-heçə
- 18 Dek 2020 18:30
- 681
Futbol üzrə Azərbaycan Birinci Divizionunda 11-ci tura start verilib.
Rekord.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutub.
Turun açılış matçında “Zaqatala” “Sabah”ın əvəzediciləri ilə qarşılaşıb. Görüş meydan sahiblərinin inamlı qələbəsiylə başa çatıb.
“Keşlə”nin əvəzediciləri bu tur çərçivəsində “Qaradağ Lökbatan”ı qəbul edib. 7 qolun vurulduğu matçda meydan sahibləri qələbəyə sevinib.
Günün son matçında “Kəpəz” “Sumqayıt”ın ikinci komandası ilə qarşılaşıb. Bu görüş isə məhsuldar heç-heçə ilə bitib.
Birinci Divizion
11-ci tur
18 dekabr
Zaqatala – Sabah-2 3:0
Qol: Rəhman Şabanov, 34. Bəhruz Teymurov, 58. Ramin Əhmədov, 75.
Hakimlər: Tural Qurbanov, Kamran Bayramov, Rəhman İmami, Rauf Allahverdiyev.
Zaqatala şəhər stadionu.
Keşlə-2 – Qaradağ Lökbatan 4:3
Qol: Emin Quliyev, 27. Elvin Sərkərov, 71-avtoqol. Elmir Rəhimzadə, 77. Elnur Süleymanov, 81 – Nizami Səmədov, 59. Sərcan Omarov, 78-avtoqol. Hüseyn Hüseynli, 90+2.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, İnqilab Məmmədov.
“ASK Arena”.
Kəpəz – Sumqayıt-2 2:2
Qol: Ruslan Süleymanov, 46. Emil Qasımov, 47 – Elçin Əsədov, 24-pen. Rüstəm Hümbətov, 42.
Hakimlər: Nicat İsmayıllı, Elmin Süleymanov, Səbuhi Əmrahov, Namiq Bəkirov.
Gəncə şəhər stadionu.
19 dekabr
Turan Tovuz – Qarabağ-2
Hakimlər: Fərid Hacıyev, Qəzənfər Məmmədov, Vüsal Məmmədov, Səbuhi Bayramov.
Tovuz şəhər stadionu, 14:00.
MOİK – Neftçi-2
Hakimlər: Kamranbəy Rəhimov, Səbuhi Soltanov, Ruslan Quliyev, Rövşən Rəcəbov.
“ASCO Arena”, 14:00.