“Keşlə"nin futbolçusu Stanislav Namaşko Azərbaycanda Premyer Liqasında rekord müəyyənləşdirib.

Rekord.az Moldova mətbuatına istinadən xəbər verir ki, mövsüm ərzində 7 oyunda qapısını toxunulmaz saxlamağı bacaran moldovalı qapıçı əcnəbi qolkiperlər arasında ən yaxşı göstəriciyə imza atıb.

İkinci pillədə mövsümün ilk hissəsini icarə əsasında "Qarabağ"da keçirən İngiltərə "Bornmut"una məxsus Asmir Beqoviç qərarlaşıb. Hazırda İtaliyanın "Milan" klubunun formasını geyinən bosniya və herseqovinalı qapıçı Azərbaycan çempionatında 6 qarşılaşmada qapısında qol görməyib.

"Dördlüy"ün digər iki üzvü isə "Sabah"dan Saşa Stamenkoviç və "Səbail"dən Aleksandr Rıbkadır. Serbiyalı və ukraynalı qolkiperlərin aktivində 3 "quru oyun" var.

Qeyd edək ki, Azərbaycan Premyer Liqası koronavirus pandemiyası səbəbindən vaxtından əvvəl başa çatdırılıb.