"Keşlə"nin Şamaxı toplanışı yarımçıq qala bilər: futbolçular narazıdır
- 20 İyl 2020 12:00
- 927
Avropa Liqasına hazırlığı Şamaxıda davam etdirən «Keşlə»nin düşərgəsində növbəti dəfə narazılıq baş qaldırıb.
Rekord.az xəbər verir ki, futbolçular onlara yaradılan şəraitdən şikayətini klub rəhbərliyinin diqqətinə çatdırıb.
Onlar yerli Olimpiya Kompleksinin stadionunda məşq etməyin təhlükəli olduğunu bildirib. Belə ki, süni qazonun drinaj sistemi yoxdur və altı betondur.
Oyunçular Şamaxı toplanışını yarımçıq qoyacaqlarını söyləyib. Vəziyyəti belə görən klub rəsmiləri gözünü Qəbələyə dikib və hazırda buradakı otellərdə boş yer axtarışına çıxıb. (sportinfo.az)