Bu gün “Keşlə” Futbol Klubunun Müşahidə Şurasının iclası keçirilib.

Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, müşavirənin sonunda Yunis Hüseynovun paytaxt təmsilçisinin yeni baş məşqçisi təyin olunması qərara alınıb.

Müşahidə Şurasının üzvləri yeni mövsümdə Yunis Hüseynova uğurlar arzulayıb.

Yunis Hüseynov baş məşqçi postunda bir neçə gün əvvəl istefaya göndərilən Tərlan Əhmədovu əvəzləyib.