"Keşlə"nin yeni mətbuat katibi məlum oldu
- 03 İyn 2021 15:20
- 717
Murad Axundovun ayrılmasından sonra "Keşlə"də boş qalan mətbuat xidmətinin rəhbəri vəzifəsinə yeni təyinat baş tutub.
Rekord.az xəbər verir ki, boş qalan post Səbuhi Məmmədova həvalə olunub.
Məmmədov "Keşlə" üçün heç də yad sima deyil. O, komandanın adının "İnter" adlandırıldığı vaxtdan 2019-cu ilə kimi bu vəzifədə çalışıb.
Klub rəsmisi 2019-cu ildə Bakı təmsilçisinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən Texniki Qeydiyyat şöbəsinin rəhbəri vəzifəsinə təyin edilmişdi.