"Keşlə"nin yeni transferi məşqə çıxdı FOTO
- 06 Yan 2020 17:00
- 941
"Keşlə"də istirahət başa çatıb.
Rekord.az xəbər verir ki, paytaxt təmsilçisi "ASK Arena"da hazırlığa başlayıb. Komandanın yeni transferi Şohruh Qodoyev də hazırlıqda iştirak edib.
"Keşlə" yanvarın 12-də Antalyaya yollanacaq. "Ağ-qırmızılar" ilk sınağında Almaniyanın III Bundesliqasında çıxış edən "Tsvikkau" ilə qarılaşacaq. Görüş yanvarın 17-də olacaq. Tərlan Əhmədovun komandası bu matçdan 5 gün sonra Tula "Arsenal"ı ilə qüvvəsini sınayacaq.
"Keşlə" Antalyada son oyununu yanvarın 24-də Slovakiyanın yüksək liqasında mübarizə aparan "Zemplin" klubuna qarşı keçirəcək.