"Keşlə"yə lazım olmayan futbolçu Kiprdə gözəl qol vurdu VİDEO
- 08 Okt 2019 16:21
- 989
Kipr yüksək liqasında IV turun ən gözəl qolu müəyyənləşib.
Rekord.az xəbər verir ki, azarkeşlərin sorğusuna əsasən, Nikosiya "Olimpiakos"unun hücumçusu Conatan Ayitenin AEK-ə vurduğu qol ən yaxşı seçilib.
Akrobatik zərbə ilə oyunda (2:2) hesabı bərabərlişdirən fubolçunun qolu 60 faiz səslə qalib olub. 34 yaşlı toqolu forvard ötən mövsüm "Keşlə"də çıxış etmişdi.