Keyn 60 illik rekordu yenilədi
- 07 Apr 2024 15:20
- 151
“Bayern”in hücumçusu Harri Keyn Almaniya çempionatında 2023/2024 mövsümündə 32-ci qolunu Bundesliqanın 28-ci turunun “Haydenhaym”la oyununda (2:3) vurub.
Rekord.az xəbər verir ki, o, matçın 38-ci dəqiqəsində Serj Qnabrinin ötürməsi ilə hesabı açıb. Bu qol ingilis futbolçu üçün rekorddur. Bundesliqa tarixində ilk dəfə turnirdə bir futbolçu bu qədər qol vurur.
Əvvəlki rekord (31) 1963/1964 mövsümündə “Hamburq”un və Almaniya millisinin keçmiş oyunçusu Uve Zeelere məxsus idi.
Keyn 2023-cü ilin yayında “Tottenhem”dən “Bayern”ə keçib.