Almaniyanın "Bayern" klubunun hücumçusu Harri Keyn Çempionlar Liqası tarixinin ən çox qol vuran 40 futbolçusu sırasına daxil olub.

Rekord.az xəbər verir ki, İngilətərə millisinin üzvü Çempionlar Liqasının yarımfinal mərhələsinin "Real"a qarşı ilk oyununda penaltidən fərqlənib.

Bu, onun turnirdə keçirdiyi 43-cü matçında 29-cu qol olub. Bununla da təcrübəli forvard Çempionlar Liqası tarixinin ən məhsuldar 40 futbolçusu sırasına düşüb.

Keyn Çempionlar Liqasında qol sayında Roy Makay (Niderland, 61 oyun) və Edin Dzekoya (Bosniya və Herseqovina, 74 oyun) çatıb.