"Tottenhem"in futbolçusu Harri Keyn İngiltərə Premyer Liqasının 1-ci turunda "Mançester Siti" ilə matçı buraxacaq.

Rekord.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri məlumat yayıb.

Bildirilib ki, İngiltərə millisinin üzvü Avro-2020-də iştirak etdiyinə görə ona bərpa üçün əlavə verilib. Bu səbəbdən o, ölkə çempionatının ilk turunda oynayamayacaq.

Qeyd edək ki, "Tottenhem"lə "Mançester Siti" arasında görüş avqustun 15-i keçiriləcək.