Keyn qərarını "Tottenhem" rəhbərliyinə bildirdi
- 18 May 2021 13:45
- 550
"Tottenhem"in hücumçusu Harri Keyn yay transfer pəncərəsində klubunu dəyişmək istəyir.
Rekord.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.
Bildirilib ki, ingilis hücumçu ayrılmaq istəyini London klubunun rəhbərliyinə söyləyib. "Tottenhem" 27 yaşlı oyunçunu satmaq istəmir, ancaq "Mançester Yunayted", "Mançester Siti" və "Çelsi" artıq Keynin nümayəndələri ilə əlaqə saxlayıb. Bu klubların hamısı forvardın transferi ilə maraqlandıqlarını bildiriblər.
Harrinin Premyer Liqada qalmağa müsbət baxdığı vurğulanıb. Onun 11 iyunda başlayacaq Avropa çempionatından əvvəl gələcəyi ilə bağlı məsələni həll etmək niyyətində olduğu qeyd olunub.
Xatırladaq ki, Keyn ötən yay da "Tottenhem"dən ayrılmaq istəyib. Ancaq klub rəhbərliyi onu komandada qalmağa razı sala bilmişdi.