Keynə 140 milyon ödəməyə hazırdılar
- 20 Avq 2021 12:43
- 498
“Mançester Siti” Tottenhem”in ulduzu Harri Keyni transfer etmək niyyətindədir.
Rekord.az xəbər verir ki, “şəhərlilər” ingilis hücumçu üçün 140 milyon avro ödəməyə hazırdır.
“Tottenhem” Keyn üçün 176 milyon avro tələb edir. Tərəflər arasında danışıqlar davam edir.
“Mançester Siti” 28 yaşlı hücumçunu 140 milyon avroya heyətinə cəlb etsə, bu, Premyer Liqa tarixinin rekord məbləğli transferi olacaq.