Keynin son durumu
- 25 Mar 2020 03:33
- 802
"Tottenhem"in futbolçusu Harri Keynin zədədən bərpa prosesi davam edir.
Rekord.az Britaniya mətbuatına istinadən xəbər verir ki, ingilis hücumçu bu barədə özü bildirib. O deyib ki, yaşıl meydanlara qayıdışa yaxındır: "Məndə hər şey yaxşı gedir. Zədədən bərpaç sürətlə davam edir. Bu mövsüm üçün liqa ilə bağlı veriləcək qərarı gözləyirəm.
2-3 həftə sonra komanda ilə məşqlərə qayıdacağıma ümid edirəm. Artıq bərpanın final mərhələsindəyəm və demək olar ki, hər şey edə bilirəm. Təkcə fiziki formamı yığmaq qaldı".