“Verder” yarımmüdafiəçisi Nabi Keytanı əsas heyətlə məşqlərdən uzaqlaşdırdığını açıqlayıb.

Rekord.az xəbər verir ki, klubun idman direktoru Klemens Frits mətbuat xidmətinə açıqlamasında bunun indiki vəziyyətdə ən yaxşı variant olduğunu bildirib:

“Biz çox açıq söhbət etdik və bu nəticəyə gəldik ki, bu, indiki vəziyyətdə ən yaxşı variantdır”.

Qvineyalı futbolçu fərdi proqram üzərində çalışacaq və özünə yeni klub axtaracaq.

Keyta 2023-cü ilin iyulunda azad agent kimi “Verder”ə keçib. O, 2023/24 mövsümündə komandanın 5 oyununda iştirak edib və uğurlu olmayıb.

29 yaşlı futbolçunun klubla müqaviləsi 2026-cı ilin iyunun sonuna kimi qüvvədədir.