![photo](https://www.rekord.az/storage/uploads/5/keyta-780x470.jpg)
Keyta klubunu dəyişdi
- 04 İyl 2023 16:16
- 278
“Klermon” Lion “Olimpik”inin gənc futbolçusu Həbib Keytanı transfer etdiyini açıqlayıb.
Rekord.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 21 yaşlı malili futbolçu ilə 4 illik müqavilə imzalanıb.
Keyta 2022/23 mövsümünü icarə əsasında “Kortreyk”də keçirib. O, Belçika klubunun heyətində 21 oyuna çıxıb, bir qol vurub və iki məhsuldar ötürmə edib.