Kikboksinq millimiz İslamiada üçün ilk məşqləri başa vurur
- 27 İyn 2022 16:21
- 466
“İyunun 13-dən Qazax Olimpiya İdman Kompleksində təlim-məşq toplanışındayıq. Hazırlıqlarda iştirak edən məşqçi və idmançı heyəti birgə 28 nəfərdir. Əsasən ümumi fiziki məşqlər edirik. Bu gün Qazaxdakı hazırlığımızı başa vuracağıq”.
Rekord.az xəbər verir ki, bunu oxu.az-a kikboksinq üzrə milli komandamızın baş məşqçisi Elşən Abdulrəhimov bildirib.
O, Türkiyənin Konya şəhərində keçiriləcək İslam Həmrəyliyi Oyunlarınadək Bakıda və Balakəndə də məşqlər keçəcəklərini qeyd edib:
“İyulun 3-dən Bakıda hazırlıqlara başlayacağıq. Bu məşqlər Bakı Olimpiya Stadionunun kikboksinq zalında olacaq. Burada artıq taktiki və texniki məşqlərə üstünlük verəcəyik. Daha sonra Balakəndə iyulun 15-dən 20 gün olmaqla məşqlər keçəcəyik.
İslam Həmrəyliyi Oyunları üçün Türkiyəyə avqustun 13-ü və ya 14-ü çıxacağıq. Çünki bizim yarışlar İslamiadanın son günlərində baş tutacaq”.
Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları 9-18 avqust tarixlərində baş tutacaq. Kikboksinq yarışları Səlçuklu Bələdiyəsi Beynəlxalq İdman Zalında keçiriləcək. Bu idman növü üzrə mübarizə 16-18 avqust tarixlərində baş tutacaq. (oxu.az)