
“Kimisə istefaya göndərmək bizim işimiz deyil” - Azər Bağırov
- 05 Mar 2025 19:30
- 70
“Kəpəz” bu gün Azərbaycan Premyer Liqasının 25-ci turunda “Neftçi” ilə qarşılaşıb.
Rekord.az xəbər verir ki, Tovuz şəhər stadionunda keçirilən matçda 1:0 hesabı ilə qalib gələn bölgə təmsilçisinin baş məşqçisi Azər Bağırovun oyundan sonra mətbuat konfransı keçirilib. Bağırov maraqlı oyuna şahid olduqlarını bildirib:
“Çoxlu epizodlar yaradırıq. Sadəcə dəyərləndirə bilmirik. Bu gün “Neftçi”yə qarşı oynayırdıq, daha geniş heyətə sahib komanda və daha hazırlıqlı olduqlarını bilirdik. Kubok oyunlarında da bu komandaya məğlub olmuşduq. Düşünürəm ki, oyunçuları yaxşı motivasiya edə bildik. Maraqlı oyunun şahidi olduq.
Mənfi şeylər bizdə daha çoxdur, nəinki “Sumqayıt”da. Çünki onların da ehtiyat skamyası genişdir, daha hazırlıqlıdırlar. Rövlan Muradov kimi oyunçuları ehtiyatda qalırsa artıq sözə ehtiyac yoxdur.
Vaqif Cavadovla yaxşı münasibətim. Kimisə istefaya göndərmək bizim işimiz deyil. Bilmək olmaz bəlkə mən istefa verdim (gülür)”.