Kinqsli Koman ürəyindən əməliyyat olundu
- 18 Sen 2021 11:15
- 506
Futbol üzrə Fransa milli komandasının və Almaniyanın “Bayern” klubunun yarımmüdafiəçisi Kinqsli Koman ürəyindən əməliyyat olunub.
Rekord.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin baş məşqçisi Yulian Naqelsman klubun rəsmi saytına açıqlamasında məlumat verib.
O, fransalı vingerin ürəyində kiçik problemlərin olduğunu söyləyib: "Bəzən nəfəs almaqda çətinlik çəkirdi. Bu səbəbdən, əməliyyata ehtiyac duyulub. Koman komandadan təxminən 2 həftə kənar qalacaq".
Qeyd edək ki, Kinqsli Koman cari mövsümdə 4 matçda meydana çıxıb.