Kintana "Qarabağ" haqda nələr deyib?
- 01 Noy 2021 13:42
- 683
"Hər bir komanda səninlə oyunlarda müdafiə oluunur".
Rekord.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın ispaniyalı sabiq legioneri Dani Kintana işlədib.
2015-2020-ci illərdə "köhlən atlılar"ın şərəfini qorumuş 34 yaşlı yarımmüdafiəçi Ağdam təmsilçisində oynamağın hazırkı klubuna - "Yagelloniya"ya nisbətən daha çətin olduğunu bildirib:
"Orada ən yaxşı idik. İlk iki ildə böyük xal üstünlüyünə sahib olduq, ardıcıl 16 oyunda qələbə qazandıq. Amma oynamaq həqiqətən çətindir.
"Qarabağ"ın mütəşəkkil komanda olduğunu vurğulamalıyam. Yakub Jezniçak məndən klub barədə soruşanda da eyni sözləri dedim. Sonra haqlı olduğumu etiraf etdi".