Kipr millisinin Azərbaycanla oyun üçün heyəti açıqlandı
- 28 Avq 2020 19:40
- 909
Kipr millisinin UEFA Millətlər Liqasında Monteneqro və Azərbaycana qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.
Rekord.az xəbər verir ki, açıqlanan siyahıda 24 futbolçu yer alıb:
Qapıçılar: Tasos Kissas (“Nea Salamina”), Neofitos Mixael “(“Olimpiakos” Nikosiya), Xaralambos Kiriakides (“Omoniya”);
Müdafiəçilər: Konstantinos Laifis (“Standard”, Belçika), Nikolas İoannu (APOEL), Valentinos Sielis (“Çecu Yunayted”, Cənubi Koreya), Xaris Kiriaku (AEL, Limassol), Kipros Kristoforu (“Nea Salamina”), Minas Antoniu (AEL, Limassol), Andreas Karo (“Salernitana”, İtaliya), Xristos Uiler (APOEL)
Yarımmüdafiəçilər: Giorqos Efrem (APOEL), Xaralambos Kiriaku (“Apollon”), Qriqoris Kastanos (“Yuventus”, İtaliya), İoannis Kusulos (“Omoniya”), Aleksander Qogiç (“Hibernian”, Şotlandiya), Matiya Spolyariç (AEK, Larnaka), Yanis Satsias (APOEL);
Hücumçular: Dimitris Xristofi (“Famaqusta”), Pieros Sotiryu (“Astana, Qazaxıstan), İoannıs Pittas (“Apollon”), Marios Elia (“Etnikos”), Marinos Tzionis (“Omoniya”), Loizos Loizu (“Omoniya”).
Sentyabrın 8-də Nikosiyadakı GSP stadionunda keçiriləcək Kipr – Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Monteneqro ilə oyun isə sentyabrın 5-də, eyni stadionda keçiriləcək.