Kipr yığmasında daha bir itki: Millimizə qarşı oynamayacaq
- 01 Sen 2020 21:30
- 619
Futbol üzrə UEFA Millətlər Liqasının 2-ci turunda Azərbaycanla qarşılaşacaq Kipr yığması növbəti itki ilə üzləşib.
Rekord.az xəbər verir ki, APOEL-də çıxış edən Giorgos Efrem zədələnib.
Bu səbəbdən, 31 yaşlı yarımmüdafiəçi yığmanın heyətindən çıxarılıb. Onun əvəzinə Limassol AEL-indən Andreas Avraam təlim-məşq toplanışına qatılıb.
Qeyd edək ki, daha əvvəl Aleksander Qogiçin qarşıdakı matçları buraxacağı dəqiqləşib. Səbəb onun 10 günlük karantinə alınmasıdır. Sentyabrın 8-də Nikosiyadakı GSP stadionunda keçiriləcək Kipr - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlanacaq. Sentyabrın 5-də isə Kipr eyni arenada Monteneqro ilə qarşılaşacaq.