UEFA Millətlər Liqasında Monteneqro və Azərbaycanla qarşılaşacaq Kipr yığması növbəti problemlə üzləşib.

Rekord.az xəbər verir ki, millinin futbolçusu Pieros Sotiriu zədələnib.

Bu barədə “24sports.com.cy” saytı məlumat yayıb. Yüngül zədəsi olan hücumçunun Monteneqro və Azərbaycanla oyunlarda iştirakı sual altındadır.

Kipr sentyabrın 5-də Monteneqro, 8-də isə Azərbaycanla qarşılaşacaq.