Kipr milli komandasının baş məşqçisi Yohan Valemin yığmadakı taleyi sual altındadır.

Rekord.az xarici mətbuata istinadən xəbər verir ki, belçikalı mütəxəssisin rəhbərlik etdiyi komanda UEFA Millətlər Liqasının 4-cü turundakı Azərbaycanla oyunda da məğlub olsa, Valem baş məşqçi postundan göndərilə bilər.

48 yaşlı çalışdırıcının Kipr millisi ilə müqaviləsi 2021-ci ilin noyabrına qədərdir. Onun rəhbərlik etdiyi komanda UEFA Millətlər Liqasında keçirdiyi 3 oyunda da məğlub olub.

Azərbaycan – Kipr matçı oktyabrın 13-də, Albaniyada keçiriləcək və saat 20:00-da başlayacaq.