AFFA və milli komanda ilə bağlı növbəti utancverici məlumat yayılıb.

Rekord.az-a da daxil olan məlumata görə, Millətlər Liqasında Kiprlə 0:0 oynayan Azərbaycan futbolçuları mükafat alacaq.

Belə ki, AFFA hər futbolçuya 8 min manat mükafat verməyi düşünür. Baxmayaraq ki, milli komanda ard-arda iki oyunda cəmi1  xal topladı və meydançanı qol vurmadan tərk etdi. Özü də ölkəmizdə ağır döyüşlər getdiyi və xalqımızın qələbə xəbərlərinə ehtiyac olduğu bir vaxtda. Amma bütün bunlar AFFA-nın vecinə deyil və federasiya rəhbərliyi vəsaiti dağıtmaq yolunda siyasətinə sadiqdir.