Kişi şpaqaçılar AÇ-də 1/16 finala yüksələ bilmədilər
- 26 May 2023 13:14
- 341
Şpaqa üzrə Azərbaycan milli komandasının üzvləri Barat Quliyev və Ruslan Həsənov Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən 23 yaşadək qılıncoynadanların Avropa çempionatında çıxışını başa vurub.
Rekord.az xəbər verir ki, kişi şpaqaçıların şəxsi yarışında qrup mərhələsini uğurla başa vuran Ruslan Həsənov (5 qələbə) və Barat Quliyev (3 qələbə) 64-lüyə yüksəlməyi bacarıb.
Ruslan Həsənov ilk pley-off görüşündə polşalı Bartlomiej Szurlejə 15:13 hesabı ilə qalib gələrək ən güclü 32-liyə vəsiqə qazanıb. Ruslan bu mərhələdə avstriyalı Jan Şçuhmanna 10:11 hesabı ilə uduzub.
Eyni nəticəni Barat Quliyev də təkrarlayıb. İlk pley-off görüşündə Almaniya təmsilçisi Hendrik-Kilian Kolditzi (15:13) mübarizədən kənarlaşdıran Barat növbəti görüşündə turnirin finalçısı fransalı Billa Gaetana məğlub olub - 11:15.