Konfrans Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulub.

Rekord.az xəbər verir ki, bu gün daha 26 oyun baş tutub.

Türkiyə təmsilçisi “Başakşəhər” Gürcüstan təmsilçisinə cavab matçında da qalib gələrək pley-offa yüksəlib.

Konfrans Liqası
3-cü təsnifat mərhələsi, cavab oyunları

15 avqust

“Flora” (Estoniya) - “Vikinqur” (İslandiya) 1:2 (1:1)
“Legiya” (Polşa) - “Brondbü” (Danimarka) 1:1 (3:2)
“Pünik” (Ermənistan) - “Ordabası” (Qazaxıstan) 1:0 (1:0)
“Sabah” (Azərbaycan) - “Sent Patriks Atletik” (İrlandiya) 0:1 (0:1)
“Zirə” (Azərbaycan) - “Osiyek” (Xorvatiya) 2:2, penaltilər 2:1 (1:1)
“Brann” (Norveç) - “Sent Mirren” (Şotlandiya) 3:1 (1:1)
ÇFR (Rumıniya) - “Makkabi” (Petah Tikva, İsrail) 1:0 (1:0)
“Yurqorden” (İsveç) - “İlves” (Finlandiya) 3:1 (1:1)
“Hapoel” (Beer Şeva, İsrail) - “Mlada Boleslav” (Çexiya) 2:4 (1:1)
“Banik” (Çexiya) - “Kopenhagen” (Danimarka) 1:0, penaltilər 1:2 (0:1)
“Pafos” (Kipr) - ÇSKA 1948 (Sofiya, Bolqarıstan) 4:0 (1:2)
“Şerif” (Moldoca) - “Olimpiya” (Sloveniya) 0:1 (0:3)
“Tromse” (Norveç) - “Kilmarnok” (Şotlandiya) 0:1 (2:2)
AEK (Afina, Yunanıstan) - “Noah” (Ermənistan) 1:0 (1:3)
“Başakşəhər” (Türkiyə) - “İberiya” (Gürcüstan) 2:0 (1:0)
“Drita” (Kosovo) - “Auda” (Latviya) 3:1 (0:1)
“Voyvodina” (Serbiya) - “Maribor” (Sloveniya) 1:0, penaltilər 2:4 (1:2)
“Zrinski” (Bosniya və Herseqovina) - “Botev” (Bolqarıstan) 2:0 (1:2)
“Gent” (Belçika) - “Silkeborq” (Danimarka) 3:2 (2:2)
“Slask” (Polşa) - “Sankt Qallen” (İsveçrə) 3:2 (0:2)
“Visla” (Polşa) - “Spartak” (Trnava, Slovakiya) 3:1, penaltilər 12:11 (1:3)
“Deçiç” (Monteneqro) - HJK (Finlandiya) 2:1, penaltilər 3:4 (0:1)
“Hayduk” (Xorvatiya) - “Rujomberok” (Slovakiya) 061 (0:0)
“Larne” (Şimali İrlandiya) - “Balkani” (Kosovo) 0:1, penaltilər 4:1 (1:0)
“Puşkaş Akademiyası” (Macarıstan) - “Ararat” (Ermənistan) 3:3 (1:0)
“Vitoriya” (Gimaraynş, Portuqaliya) - “Sürix” (İsveçrə) 2:0 (3:0)