Avropa Konfrans Liqasında həftənin ən yaxşı oyunçusu müəyyənləşib.

Rekord.az xəbər verir ki, “Olimpiakos”un yarımmüdafiəçisi Kostas Fortunis həftənin oyunçusu seçilib.

Yunan futbolçu 1/4 finalda "Fənərbaxça"ya qarşı ev matçında (3:2) bir qola imza atıb.

Konfrans Liqasında həftənin oyunçusu adına namizədlər arasında Con Makqin (“Aston Villa”, İngiltərə), Martines Kuarta (“Fiorentina”, İta) və Hans Vanaken (“Brügge”) də var idi.